Bu gün Suriyada olan terror qruplaşmalarının əsas dəstəkçisi səudiyə ərəbistandir.
AranNews- “Russia Today" ərəbcəyə müsahibə verən eks prezident Yəmən əleyhinə düşünülən hiylələrə toxunaraq deyib: “Ölkəmizə qarşı əsassız hücumlar davam etməkdədir. Hərbi, iqtisadi və ictimai bazalarımıza müxtəlif hücumlar olub. Bu Ərəbistan idi ki, bizə hücum etdi. Onlar körpə uşaq, qadın və yaşlı insanları öldürürlər. Niyə? Bizim heç vaxt bu rejimlə problemimiz olmamışdı. Bizim öz əqidəmiz var, sizin də öz əqidəniz. Bəs niyə qonşu ölkənizin xalqını öldürürsünüz?"
Abdulla Saleh Suriyadakı böhranın da əsas səbəbkarının Səudiyyə olduğunu qeyd edərək "Bu gün Suriyada olan terror qruplaşmalarının da əsas dəstəkçisi bu rejimdir. Ölkəmizdə uzun illər boyu terror qruplaşmaları olmamışdı. Bütün bu qruplar Ərəbistan tərəfindən ölkəmizə nüfuz edildi. Bu rejimin İŞİD-dən heç bir fərqi yoxdur.”, - deyə bildirib.