Tarix : 2016 May 04
Kod 48698

İstanbulda İran Film Həftəsi işə başlayıb

İstanbulun Aydın Universitetində İran kinosunun sevənləri və tələbələr üçün İran Film Həftəsi işə başlayıb.
AranNews- İran Film Festivalı İranın İstanbuldakı konsulluğunun mədəniyyət şöbəsinin təşəbbüsü və Aydın Universitetinin əməkdaşlığı ilə keçirilir. Yaxın günlərdə,İranın bir filmi nümayiş etdiriləcək.
Aydın Universitetinin rektoru xanım Yadigar İzmirli bu mərasimin açılış zanaı etdiyi çıxışında İran kinosunu düzgün və səmimilik məktəbi adlandırıb və deyib: İran kinosu az büdcə ilə neçə milyon dollarlıq büdcəsi olan Hollivud kinosu qarşısında elə qüdrətli şəkildə özünü əks etdirdi ki, dünya kinosunun ən yaxşı nümunələrindən birinə çevrilə bilir"
İran İslam Respublikasının İstanbuldakı baş konsulu Möhsün Murtəzayifər də etdiyi çıxışında İran və Türkiyənin müştərək tarixi və mədəniyyətini qeyd edərək deyib: "İki ölkənin mədəni əməkdaşlıqları siyasi və iqtisadi münasibətlərlə yanaşı yüksələn xətt istiqamətində olmalıdır."
  • Yazılıb
  • da (də) 2016 May 04
  • Göndərən مدير سايت Aran News