Sankt-Peterburqda Məhəmməd Peyğəmbər (s) kino filminin ekran mərasimində Məcid Məcidi filmi çəkmək üçün yeddi illik səylərinin həyatının ən şirin illər olduğunu ifadə edib.
AranNews- Rusiyanın mədəniyyət paytaxtı Sankt-Peterburq da Arora tarixi kinosunda İslam Mədəniyyət həftəsi açılış mərasimində Məcid Mecidinin rejissorluğunu etdiyi Məhəmməd Rəsulullah (s) filmi Rusiya Müftilər Birliyi səyiylə və bu ölkədəki İran Mədəniyyət Mərkəzinin əməkdaşlıqğı ilə nümayiş etdirilib.
İslam Mədəniyyət həftəsi açılış mərasimində Rusiya Müftilər birliyi muavini Demir Muhyiddin Müftilər Birliyinin rəhbəri Ravil Eyneddinin fikirləri səsləndirildi.
Ravil Eyneddin sözlərində Məhəmməd Rəsulullah (s) filminin göstərilməsinin yaxşı bir şey olduğunu və Rusiyada İslam Mədəniyyət həftəsinin İslamın doğru başa düşülməsi və tanıdılması üçün köməkçi olmasını arzuladı.
Rusiya Müftilər birliyi muavini çıxışında Məhəmməd Rəsulullah (s) filminə diqqət çəkərək, bu buyurub ki, filim İslam Peyğəmbərinin mehriban simasını göstərməkdədir. O, daha sonra vurğuladı ki, Hz Məhəmməd (s) keçmiş peyğəmbərlərin yolunu davam etdirdi və bu yolda öz risalətini tamamladı.
Daha sonra, filmi ərsəyə gətirən Məcid Məcidi danışaraq, bəzi ölkələrdə filimi baykot etdiklərini bildirdi. Rejissor bildirdi ki, bəziləri filimi görmədən onu haram elan etmiş və ölkələrində göstərilməsinə qadağa qoymuşdurlar. M.Məcidi filmi çəkdiyi zaman həm Sünnü, həm də Şiə alimlərinin fikirlərindən sujet yaratdğını bildirib.
Filimin nümayişinə 500-dən çox din alimi, bir çox elmi və bədii birlik nümayəndələri də qatılıb. İslam Mədəniyyət həftəsi Rusiya prezidenti Viladimir Putinin əmri ilə İslam mədəniyyət və tarixi haqqında dərin məlumata sahib mütəxəssis heyətin təhsil planı məqsədi ilə Rusiya Federasiyası Müsəlman Dini İdarəsi səyi və Moskva Dövlət Universiteti, Sankt-Peterburq dövlət universiteti, Rusiya Elm Akademiyası, Moskva islam İnstitutu və Peterburq Beynəlxalq universiteti əməkdaşlıq ilə təşkil edilib.
Moskvada filmi görən konfrans katibi "Bu istehsalın məzmunundan çox təsirləndim. Mecidi bəyə bu mədəniyyət proqramına qatıldığı üçün təşəkkür edirəm "dedi.
Məcid Məcidi bu gün dünyada İslamın pis göstərildiyinə toxunaraq, deyilənlərin İslamın özüylə heç bir əlaqəsi olmadığını ifadə etdi.
Oxşar halda o, bu mədəni mövzu ilə İslamın gerçək üzünü tanıtmdırmaqdan ümidli olduğunu və bu filimlə Ərəb dünyasına yeni bir pəncərə açaraq İslamın gerçək üzünü tanıtmaq üçün səy sərf etdiyini sözlərinə əlavə etdi.