Tarix : 2016 May 05
Kod 48711

Azərbaycanli İŞİD-çilər apellyasiya şikayəti veriblər

Suriyada döyüşən azərbaycanlılar instasiya məhkəməsinə şikayəti veriblər.
AranNews- Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov birinci instasiya məhkəməsinin hökmündən şikayəti veriblər.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun icraatına verilib. İlkin baxış iclası mayın 6-na təyin edilib.
Qeyd edək ki, 2014-cü ildə S.Baxışov, R.Cəfərov, E.Quliyev, M.Məmmədəliyev, Ə.Həsənov və M.Mərdanov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
2015-ci ilin iyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev və M.Məmmədəliyev 13 il, S.Baxışov, Ə.Həsənov, R.Cəfərov və M.Mərdənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.
  • Yazılıb
  • da (də) 2016 May 05
  • Göndərən مدير سايت Aran News