Sabahdan 17 gün ərzində bütün dünyanın diqqəti Azərbaycanda keçiriləcək Avropa çempionatına yönələcək.
AranNews- “Köhnə dünya”nın 16 ən güclü yığmasının mübarizə aparacağı turnir adətən istedadların üzə çıxması baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda futbolun dəbini müəyyənləşdirən xeyli ulduz futbolçular var ki, məhz bu tip yarışlarda istedadını üzə çıxarıb. Bu üzdən qitənin bir sıra aparıcı klublarının skautları da artıq Bakıdadır.
İspaniya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya kimi yığmaların mükafata iddia etdiyi çempionata meydan sahibi kimi qatılan Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionatının həlledici mərhələsində oynayacaq.
Ümumiyyətlə, bütün futbol yığmaları tarixində (futzal istisna olmaqla) ilk dəfə Avropa çempionatında Azərbaycanda olacaq.
31 matçdan ibarət 17 günlük turnir sabahkı Avstriya – Bosniya və Herseqovina qarşılaşması ilə başlayacaq. Turnirin açılışı isə Azərbaycan – Portuqaliya görüşündən öncəyə planlaşdırılıb. A qrupunda mübarizə aparan komandamız tarixinin ilk final mərhələsinə Təbriz Həsənovun rəhbərliyi altında çıxacaq. 1/4 finala vəsiqə verən ilk iki yer uğrunda mübarizədə komandamız Belçika və Şotlandiya ilə də üz-üzə gələcək.