Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü yaxın 10 ildə az inandırıcıdır.
AranNews- Kemeron buna qədər Türkiyə vətəndaşlarına Avropa İttifaqına üzv ölkələrin ərazisinə vizasız gəlişi haqda skeptik münasibət bildirib.
O, bəyan etmişdi ki, London hətta Brüssel buna razılaşsa belə, bu addımı dəstəkləməyəcək. Kemeron qeyd edib ki, Böyük Britaniya Türkiyəyə öz ərazisinə vizasız gəliş imkanı təklif etməyəcək. Avropa Komissiyası mayın 4-də Avropa İttifaqına üzv ölkələrin ərazisinə qısa müddətə gələn Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiqini təklif edib.