Natiq Kərimov: "Bu gün Allahın lütfü ilə Nardaran mədrəsəsinin yeni binasının təməl qoyma mərasimi keciriləcək".
AranNews- Nardaran Ağsaqqallar Şurasının sədri, Natiq Kərimov bildirib ki, bu mədrəsə bir neçə gün öncə sökülən mədrəsədən daha böyük olacaq.
"İnşaallah yeni mədrəsə əvvəlki mədrəsədən də əzəmətli olacaq. Dünən mədrəsənin sökülməsi qəlblərimizdə elə kədər yaratmışdı ki, söznən deyiləsi deyil. Nardaranda bu necə illərdə olmuş hadisələr, həbslər, məhrumiyyətlər insanlarımıza bu qədər təsir etməmişdi. Allahın heç bir kəsə ehtiyacı yoxdur. Bunu yazdım ki, Əhli-Beyt (ə) dostlarını sevindirim. Allah zindanlardakı ilahiyyatçılarımızın və dindarlarımızın tezliklə azad olunmağı ilə qəlblərimizi bir daha sevindirsin", - deyə Natiq Kərimov qeyd edib.
Qeyd etmək lazimdi ki, Nardarandakı Rəhimə xanım pirinin nəznində yerləşən "İmam Zaman (əc)" mədrəsəsi neçə gundu İcra Hakimiyyəti işçiləri tərəfindən sökülməyə başlanılıb. Söküntüyə birbaşa polis nəzarət edir. Baş vermiş hadisəyə etiraz olaraq, kənd ağsaqqalları Prezident Aparatına tərəf gedirlər.Mədrəsənin sökülməsinə bəhanə kimi isə yolun genişləndirilməsi səbəbi kimi göstərilir. Lakin kənd sakinlərinin bildirdiyinə görə, mədrəsə yolun sonunda yerləşir və heç bir səbəblə görülən işlərə maneəçilik törətmir. Mənbə onuda bildirir ki, bu, açıq-aydın bəhanədir. Çünki mədrəsəyə gələn yol və kənddə təmirə və genişlənməyə ehtiyacı olan yollar qaldığı halda mədrəsənin söküntüsü aparılır.