İraq təhlükəsizlik və xalq səfərbər qüvvələri çoxlu sayda terrorçunu məhv ediblər.
Arannews- İraq təhlükəsizlik və xalq səfərbər qüvvələri ölkədə stabillik və təhlükəsizliyin bərqərar olunması üzrə səylərini davam etdirirlər.İraq təhlükəsizlik və xalq səfərbər qüvvələrinin əl-Anbar, Neynəva, Səlahəddin vilayətlərinin müxtəlif bölgələrində İŞİD terror qruplaşması ilə savaşında 90-dan çox terrorçu öldürülüb və 221 bomba aşkarlanaraq zərərsizləşdirilib.
Başqa bir məlumata görə, İraq ordusu Hərbi Hava Qüvvələrinin əl-Hüveycə, Fəllucə, əl-Qaim bölgələrində İŞİD terrorçularının mövqelərinə hücumlarında terrorçulara aid bir neçə silah anbarı və bir maliyyə mərkəzi məhv edilib.
Mosulun cənubunda əl-Qiyarə rayonunun əl-Cədə bölgəsində İŞİD terrorçularının toplaşdığı məkana hava hücumunda çoxlu sayda terrorçu öldürülüb və bir silah anbarı məhv edilib.