Arannews- Human Rights Watch Amerikanı Səudiyyə Ərəbistana kaset bombalar satdığı üçün tənqid edib və Ərəbistandan qadağan olunmuş silahlardan istifadəni dayandırmağı tələb edib.
Human Rights Watch nümayəndəsi deyib ki, Amerika Səudiyyə Ərəbistana dinc əhaliyə ziyan vuran və qadağan olunmuş silahlar satır, Amerika bu silahların satışını dayandırmalıdır.
"Mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsi hərbi cinayətdir", - deyə sözügedən təşkilatdan bildiriblər.
Qeyd edək ki, bundan öncədə Human Rights Watch insan haqları təşkilatı da Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu bildirmişdi.