Federal Təhlükəsizlik Xidməti (FSB) Krasnoyarsk şəhərində ictimai nəqliyyatda terror aktının qarşısını alıb.
AranNews- Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krasnoyarsk şəhərində ictimai nəqliyyatda terror aktının qarşısını alıb.
“RİA-Novosti” agentliyi xəbər ki, terror aktını törətməyə cəhd edən Mərkəzi Asiya sakinlərindən ibarət qrup saxlanılıb. Onların beynəlxalq terror təşkilatları ilə bağlı olduğu deyilir.
Qurumdan bildirilib ki, saxlanılanlardan “terror fəaliyyəti üçün nəzərdə tutulan vasitələr” götürülüb.