Tarix : 2016 May 07
Kod 48735

Özbəkistan höküməti Ekstremist və terrorist əleyhinə qanun qəbul etdi

Özbəkistan höküməti Ekstremist və ya terrorist təşkilatlarının üzv toplayanları 10 il müddətinə, terrorizmin maliyyələşdirilməsi isə 15 il müddətinə azadlıqdan mərhum edilmə ilə cəzalandırılacaq.
Arannews- Özbəkistan cinayət məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilib. 
Artıq, dini ekstremizm materiallarının hazırlanması, saxlanması və yayılmasına görə şəxs 5 il müddətinə azadlıqdan mərhum ediləcək. 
Uşaqların ekstremist və ya terrorist fəaliyyətə cəlb edilməsi isə 20 il müddətinə azadlıqdan mərhum edilmə ilə cəzalandırılacaq.  
EKstremist və ya terrorist təşkilatlarının üzv toplayanları isə, 10 il müddətinə, terrorizmin maliyyələşdirilməsi isə 15 il müddətinə azadlıqdan mərhum edilmə ilə cəzalandırılacaq. 
Qeyd edək ki, Özbəkistan höküməti bir müddətdirki İŞİD və "Nusra cəbhəsi"nə terrorçu hazırlayan radikal vəhhabi ideologiyasına qarşı tədbirlər həyata keçirir. 


  • Yazılıb
  • da (də) 2016 May 07
  • Göndərən مدير سايت Aran News