Tarix : 2016 May 07
Kod 48736

İran elmin inkişafı üzrə dünyada 4-cü yerdədir

İran ali məktəbləri dünyanın aparıcı 500-750 universiteti sırasına daxil olub və 200-dən çox iranlı professor və mütəfəkkir də dünyanın aparıcı alimi sırasına daxildir.
AranNews- İran elm, araşdırma və texnologiya naziri Muhəmməd Fərhadi bildirib ki, son statistik məlumatlara əsasən, İran 2015-ci il ərzində və 2016-cı ilin əvvəlin elmi inkişaf üzrə dünyada 4-cü yeri tuturdu.
M.Fərhadi əlavə edib ki, onların bu inkişafı, bir çox inkişaf etmiş ölkələrin elmi inkişaf nöqteyi nəzərində dayandığı və ya mənfi inkişafa sahib olduğu zamanın fonunda baş verib.
Fərhadi qeyd edib ki, 8-13 İran ali məktəbləri dünyanın aparıcı 500-750 universiteti sırasına daxil olub və 200-dən çox iranlı professor və mütəfəkkir də dünyanın aparıcı alimi sırasına daxildir. 
  • Yazılıb
  • da (də) 2016 May 07
  • Göndərən مدير سايت Aran News