Tarix : 2016 May 08
Kod 48740

"İslam Torpaqi və Qarabağ" mövzusunda elmi konfransın görüntüləri + FOTO

Təbriz Universitetində "İslam Torpaqi və Qarabağ" mövzusunda elmi konfransın keçirilməsi dəyərli addımdır və işğal olunmuş ərazilər barədə məlumatın verilməsində çox önəmli rol ifa edəcək.
AranNews- Azərbaycandan tanınmış ictimai, siyasi xadimləri o cumlədən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Zərdüşt Əlizadə, İlyas  İsmayılov, Tahir Kərimli, Eldəniz Quliyev, Rövşən Əhmədli və digərləri konfrasda iştirak etmək üçün İrana gediblər. 
İranın bir çox elm nümayəndələrinin, ictimai xadimlərinin iştirakı ilə keçiriləcək tədbirdə Şuşanın işğalı, bu mədəniyyət ocağının Azərbaycan, bütövlükdə islam dünyası üçün əhəmiyyəti, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulub.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu konfransda deyib: “7 mayda Şuşa şəhərinin işğalının ildönümü günü ilə eyni zamanda ekspertlər və siyasətçilərin iştirakı ilə Təbriz Universitetində "İslam Torpaqi və Qarabağ" mövzusunda elmi konfransın keçirilməsi dəyərli addımdır və işğal olunmuş ərazilər barədə məlumatın verilməsində çox önəmli rol ifa edəcək”.
Bu konfransda iştirak etmək üçün heyətlə birlikdə Təbrizə yollanacağını bəyan edən Akif Nağı deyib: “Bu dəyərli addıma görə İran İslam Respublikasına təşəkkürümü bildirirəm. İran Qarabağ və Azərbaycanın işğal olunmuş digər əraziləri məsələsində həmişə Azərbaycanın hamisi olmuşdur və onu dəstəkləmişdir”.
QAT sədri bu konfransda Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı müzakirələr aparılacağna ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli də Təbriz Universitetində "İslam Ərazisi və Qarabağ" mövzusunda konfransın keçirilməsini əhəmiyyətli adlandırıb və deyib: “Bu konfransın keçirilməsi işğal olunmuş ərazilərin azad olunması və bu münaqişənin ədalətli həllində önəmli rolu oynaya bilər və həmçinin iki ölkə əlaqələrinin möhkəmlənməsində yüksək əhəmiyyət kəbs edir”.



















  • Yazılıb
  • da (də) 2016 May 08
  • Göndərən مدير سايت Aran News