Tarix : 2016 May 08
Kod 48744

terrorçular uşaqlardan canlı sipər kimi istifadə edirlər

Suriyanın şimalında, Hələb uğrunda gedən döyüşlərdə terrorçular uşaqlardan canlı sipər kimi istifadə edirlər.
Arannews- Əl-Fəth terror qrupu Suriyanın şimalında xüsusi ilə də Hələb şəhərində gedən döyüşlərdə uşaqlardan canlı sipər kimi istifadə edir.
Səudiyə Ərəbistanı müftilərindən olan Abdullah əl-Muhisini əl-Fəth və Ənnüsrə Cəbhəsi terror qrupları üçün yeni qüvvələrin cəzb edilməsində məsuliyyət daşıyan tərəf kimi bildirib ki, bu qruplaşmaların üzvləri əsasən uşaqlardan ibarətdirlər.
Suriyanın təhlükəsizlik qüvvələrinin bildirdiklərinə görə, əl-Fəth terror qrupu uşaqları öz sıralarına cəzb etməklə öz məğlubiyyətlərini ört-basdır etməyə çalışır.
Buna baxmayaraq, Suriyada hərbi məsələlər üzrə ekspürt Sabit Məhəmməd deyib: Suriya ordusu terrorçuların mövqelərinə qarşı ağır artilleriya hücumlarını davam etdirməklə Hələb və ətraf məntəqələrdəki iştirakını davam etdirə bilər.


  • Yazılıb
  • da (də) 2016 May 08
  • Göndərən مدير سايت Aran News