İraqda terrorçu İŞİD qrupunun işğalı altında olan müxtəlif məntəqələrdə əllidən çox kütləvi qəbirin aşkarlanib.
Arannews- BMT-nin İraq üzrə xüsusi nümayəndəsi bu təşkilatın Təhlükəsizlik Şurasındakı hesabatında İraqda terrorçu İŞİD qrupunun işğalı altında olan müxtəlif məntəqələrdə əllidən çox kütləvi qəbirin aşkarlanmasından xəbər verib.Con Kubis əlavə edib: Bu arada üç kütləvi qəbir təkcə Ərrəmadidə, bir futbol meydançasında aşkarlanıb.
O, sonra deyib: İŞİD-in İraqdakı hövlnak cinayətləri siyahısı uzun olmaqda davam edir və bu ölkənin digər məntəqələrinin İŞİD-in caynağından azad edilməsilə hər gün bu məntəqələrdə həmin cinayətlərin yeni miqyasları ifşa edilir.
Kubis bu qəbirlərdə dəfn olunmuş şəxslərin sayı barədə izahat verməyib, lakin belə əlavə edib: Aprelin 19-da Ərrəmadidə, bir futbol meydançasında aşkarlanmış təkcə üç kütləvi qəbirdə təqribən qırx cəsəd dəfn olunmuşdu.
BMT-nin İraq üzrə xüsusi nümayəndəsi deyib: İraqda insani böhran şiddətlənməkdədir və ölkə əhalisinin üçdə iki hissəsi, yəni təqribən on milyon nəfər bu gün yardıma olduqca ehtiyaclıdır və iki milyon nəfər də cari ilin sonunadək didərginlik təhlükəsi ilə üz-üzədir.
Kubis İŞİD-in İraqda islahatların aparılmaması və bu ölkədəki siyasi çaxnaşmalardan sui-istifadə etməsilə bağlı xəbərdarlıq edərək, həmin ölkənin rəsmilərindən istəyibdir ki, lazımi tədbirlər görməklə İraqdakı cari hakimiyyət böhranına son qoysunlar.