Rusiya İran mallarının ölkəyə idxalına 25 faizlik gömrük güzəştləri tətbiq edib.
AranNews- bu barədə İranın Ticarətin İnkişafı üzrə Təşkilatının nümayəndəsi Həsən Mörtəci bildirib.
“Rusiya İrandan idxal olunan mallara gömrük rüsumunu 25 faiz azaldaraq, xüsusi imtiyaz tətbiq edib”, - deyə təşkilatın saytında dərc olunmuş Mörtəcinin açıqlamasında qeyd edilir.
O, həmçinin qeyd edib ki, güzəştlər İran istehsalı olan bir çox qrup mallara tətbiq edilib.
“Hazırda İran mallarının xaricə göndərilməsində ən az xərc Rusiyaya aiddir və ixrac Ənzəli-Həştərxan marşrutu ilə həyata keçirilir”, - deyə Mörtəci qeyd edib.
O qeyd edib ki, Rusiya ilə ticarət sahəsinə dair bir çox məsələlərin razılaşdırılmasına və Türkiyə kimi rəqibin bazardan kənarlaşdırılmasına baxmayaraq, imkanlar hələ ki tam şəkildə istifadə olunmur. Bununla əlaqədar, Rusiya bazarı və onun imkanları ilə yaxından tanış olmaq, həmçinin Rusiya ilə ticarət əlaqələrinin möhkəmləndirilməsi üçün Moskvada 24-25 may tarixlərində ticarət konfransının keçirilməsi nəzərdə tutulub.
Mörtəcinin sözlərinə görə, Rusiyanın onlarla “ticarət palataları” həmin konfransda iştirak etmək niyyətindədir.