Tarix : 2016 May 08
Kod 48750

Rusiyalı politoloq: “Moskva Qarabağa görə ermənilərə acıqlandı...”

Ermənistan tərəfindən Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması mümkünlüyünü Rusiyaya qarşı hünər kimi qiymətləndirmək olar.
AranNews- bu sözləri Ukraynanın “QORDON” nəşrinə açıqlamasında tanınmış rusiyalı tarixçi və publisist Andrey Piontkovski İrəvanın separatçı qurumu tanıma təxribatına münasibət bildirərkən deyib.
“Əgər söhbət Ermənistan tərəfdən birtərəfli qaydada tanınmaqdan gedirsə - axı, başqa heç kim onu tanımağa hazırlaşmır, - bu, İrəvanın Moskvaya qarşı çıxmaq cəsarəti demək olacaq” – analitik deyib.
Onun sözlərinə görə, ermənilər Rusiyanın bir çox hərəkətlərinə, o cümlədən Kremlin Bakını silahla təchiz elədiyinə görə ondan narazıdır. “Budur indi onlar bir azca uduzan kimi barmaq hədələdilər. Cavabında isə Moskva onlara acıqlandı...” – Piontkovski qeyd edib.
Politoloq hesab edir ki, hər iki tərəfə təsir rıçaqı olan Rusiya situasiyanı sərt şəkildə nəzarətdə saxlayır. “Moskva bu konfliktin bacardıqca uzun müddət qalmasında maraqlıdır” – rusiyalı analitik əlavə edib.
  • Yazılıb
  • da (də) 2016 May 08
  • Göndərən مدير سايت Aran News