Tarix : 2016 May 09
Kod 48752

İŞİD yüzlərlə iraqlı ailəni mühasirəyə alıb

İŞİD Fəllucə şəhərində yüzlərlə iraqlı ailəni mühasirəyə alıb. İŞİD bu insanlardan canlı sipər kimi istifadə edir.
Arannews- İŞİD İraqın qərbində, Fəllucə şəhərində yüzlərlə iraqlı ailəni mühasirəyə alıb.
Fəllucə şəhərinin Amiriyyə məntəqəsinin polis rəisi Arif Cənabi deyib: İŞİD terror qruplaşması Fəllucənin cənubunda 2000 ailəni mühasirəyə salıb. İki kənddə mühasirəyə düşən bu insanlar əsasən qadınlar və uşaqlardırlar.
A.Cənabi əlavə edib: İŞİD Amiriyyə məntəqəsində mühasirəyə aldığı bu iki kənddə onlarla gənci əsir alıb. İŞİD bu insanlardan canlı sipər kimi istifadə edir.
Fəllucədən daxil olan digər bir məlumata görə, xalq qüvvələri Fəllucədə onlarla İŞİD terrorçusunu öldürüblər.
Fəllucə şəhəri İŞİD-in əl-Ənbar əyalətindəki ən mühüm bazası sayılır. Bu şəhər 2013-cü ildən İŞİD-in nəzarəti altındadır.

  • Yazılıb
  • da (də) 2016 May 09
  • Göndərən مدير سايت Aran News