Arannews- Suriyanın Homs meriyasından bildiriblər ki, Hisya sənayə rayonundaki 210 nəfərdən ibarət silahlı dəstə silahlarını yerə qoyub.
Yaraqlılar silahlarını "milli barışıq" proqramı çərçivəsində yerə qoyublar.
Belə ki, proqrama əsasən, qeyri-qanuni silahlı qruplaşmaların tərkibində vuruşan şəxslərə, dinc həyata qayıtmaq üçün, silahlarını yerə qoyaraq, reabilitasiya prosesini keçmək təklif olunur.
Silahı yerə qoymuş dəstə üzvlərinin reabilitasiya işləti artıq başlayıb.
Xatırladaq ki, bu proqramın ən parlaq uğuru 2014-cü ildə əldə edilmiş idi.
Belə ki, Homsda, həmən il, şəhər mərkəzini tutmuş 1,5 min silahlı təslim olmuşdu.