Tarix : 2016 May 09
Kod 48761

Qondarma müdafiə nazirinin təhdidi cavabsiz qalmadi

Azərbaycanın Müdafiə Nazirliyi qondarma "DQR"in "müdafiə naziri"nin iddialarına reaksiya verib.
AranNews- Azərbaycan Müdafiə Nazirliyi Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnaçakanyanın “ehtiyac olduğu halda Azərbaycan ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmağa hazır olmaları barədə” fikirlərinə münasibət bildirib.
Guya işğalçı Ermənistan tərəfi Bakını vura bilər:“Əgər ehtiyac olarsa, zərbələr mütləq olacaq, lakin indi bunu səmərəsiz hesab edirik. Bizim güclü texnikalarımız, silah-sursatlarımız var. Ehtiyac olanda onlardan istifadə edəcəyik. Biz Bakının strateji və hərbi obyektlərinə, eləcə də hava limanına zərbələr endirə bilərik”, - deyə L. Mnatsakanyan söyləyib.
Nazirlikdən cavab olaraq deyilib: “Ehtiyac olduğu halda Azərbaycan ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmağa hazır” olmaları barədə cəfəng ideya ilə çıxış edən qondarma “DQR”-in əldəqayırma “müdafiə naziri” Levon Mnaçakanyanın fikirlərinə şərh vermək belə yersizdir. Ona yalnız Azərbaycan xalqının atalar sözünü xatırlatmaq yerinə düşər. “İtdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuzuram! Soruşurlar quyruğun niyə əsir? Deyir: özüm də qorxuram”. Hazırda Ermənistandakı hərbi-siyasi rejimi idarə edənlər məhz elə itlərin günündədir”.
  • Yazılıb
  • da (də) 2016 May 09
  • Göndərən مدير سايت Aran News