Ermənistanın baş naziri Ovik Abramyan Dağlıq Qarabağa səfəri çərçivəsində "DQR"-ın "prezidenti" Bako Saakyanla görüşüb.
AranNews- Görüş zamanı təmas xəttindəki vəziyyət müzakirə edilib. Tərəflər həmçinin qarşılıqlı əməkdaşlığın perspektivi, proqramlar və birgə iqtisadi layihələrin həyata keçirilməsi məsələləri də müzakirə ediblər.
son vaxtlar Ermənistan rəhbərliyinin və siyasi xadimlərinin Dağlıq Qarabağa səfərləri artıb. Sonuncu belə hadisə may ayının 2-də baş tutub. Ermənistanın ilk prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan işğal altında olan Dağlıq Qarabağa gedib.O, qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Bako Saakyanla görüşüb.
Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da Dağlıq Qarabağa səfər edib. Aprelin 18-i baş tutan səfər zamanı Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib.
Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib.