Arannews- Livan Hizbullahı və Əməl Hərəkatlarına bağlı namizədləri bu ölkə Şəhər Şurası seçkilərinin ilk turunun qətiyyətli qalibi olub.
Bəqa məntəqəsində seçkilərin qeyri-rəsmi nəticələri Livan Hizbullahı və Əməl Hərəkatlarının dəstəklədiyi Vəfadarlıq və İnkişaf siyahısındakı namizədlərin qələbə qazandığını göstərir.
Bu seçkilər dörd mərhələdə keçirilir və 29 maya qədər Livanın digər 5 vilayətində davam edəcək.
Məlumata görə, Hizbullah Hərəkatına bağlı siyahının bütün 21 namizədi Bəəlbəkk Şəhər Şurasına daxil olub.
Livan Hizbullahının dəstəklədiyi Brital şəhirlərinin qanına vəfadarlıq siyahısının bütün üzvləri də Brital məntəqəsi seçkilərində qələbə qazanıblar.
Hizbullahın dəstəklədiyi Şəhidlərin Kəraməti siyahısının üzvləri də əl-Əxzər və əl-Bəzaliyyə məntəqəsində qələbə çalıblar.
Hizbullah və Əməl Hərəkatlarının dəstəklədiyi namizədlər Zihlədə əl-Nasiriyyə məntəqəsi və Qərbi Bəqa kəndlərində qələbə qazanıblar.
Hərməldə də Vəfadarlıq və İnkişaf siyahısının üzvləri şəhər şurasının 21 yerindən iyirmisini əldə ediblər. Əl-Qəsr məntəqəsində də Livan Hizbullahının dəstəklədiyi nümayəndələr tam şəkildə şəhər şurasının 18 yerini əldə ediblər.
Livan qanunlarına əsasən şəhər şuralarında üzvlük müddəti 6 ildir.
Livanın ötən iki il ərzində prezidenti olmayıb və 2009-cu ildən parlament seçkiləri keçirilməyib.