2015-ci il seçkiləri zamanı səudiyyə kralı Salman Bin Əbdüləziz sionist rejiminin hazırkı baş naziri Benyamin Netanyahunun seçki təbliğat xərclərini təmin edib.
Arannews- Ali-Səud sionist rejimin baş nazirinin seçki təbliğatı üçün 80 milyon dollar vəsait xərcləyib.
sionist Əmək partiyasının sədri və Knessetin üzvü İshaq Hertzuk ifşa edib ki, 2015-ci il seçkiləri zamanı səudiyyə kralı Salman Bin Əbdüləziz sionist rejiminin hazırkı baş naziri Benyamin Netanyahunun seçki təbliğat xərclərini təmin edib.
İshaq Hertzuk ifşa olunmuş Panama sənədlərinə toxunaraq deyib: Ərəbistan kralı sionist rejiminin 2015-ci il mart seçkilərində Suriya və İspaniya vətəndaşlığı olan Məhəmməd İyad Kiyali vasitəsi ilə seçki köməyi olaraq Netanyahunun qərargahına 80 milyon dollar göndərib.
Səudiyyə Ərəbistanının pul vəsaiti Tidi Saği adlı bir sionist iş adamının sahibi olduğu İngiltərənin Vircinia adalarındakı şirkətin bank hesabına ödənilib.