Tarix : 2016 May 10
Kod 48770

Türkiyəli jurnalist: Ərdoğan yeganə hakim olmağa israrlıdır

Türkiyənin tanınmış jurnalisti və Universitet müəlliməsi Pr.Dr.Nuray Mərd Ərdoğan və Davuroğlu münasibətlərinə aydınlıq gətirib.
AranNews- İranın “Mehrnews” saytına müsahibə verən İstanbul Universitetinin elmi namizədi, tanınmış qəzetlərin köşə yazarı Nuray Mərd, ölkə prezidenti və baş nazir arasında olan ixtilafların ideolojik olmadığını bildirib: “Məsələ bundan ibarətdir ki, Ərdoğan yeganə hakim olmağa israr edir. Bundan əlavə, Davudoğlu ona nisbətdə daha mötədildir və demokratiyaya, beynəlxalq əlaqələrə və Avropa Birliyi ilə münasibətlərə əhəmiyyət verir. Bunu da demək lazımdır ki, Ərdoğan konkret olaraq Davudoğlunu bəyənmir".
Nuray Mərd daha sonra "Davudoğlu akademik ali təhsilə malikdir. Ərdoğan isə sadəcə ölkənin zahir və binalarını düzəltməklə məşğuldur. Davudoğlu özünü hərəkatın düşünən beyini kimi görür. Bundan əlavə o, ölkədə yayılan fəsadı tənqid edir. Bütün bunlar Ərdoğanı narahat edən məsələlərdir. Ərdoğanın son hədəfi yeganə hakim olmaqdır ki, bu barədə də heç kimi vecinə almır.”, - deyə bildirib.
Qeyd edək ki, Nuray Mərd "Birgün", "Hürriyət" və "Radikal" kimi qəzetlərdə köşə yazıları yazıb. Ölkədə media senzurasına qarşı sərt tənqidi açıqlamaları ilə yadda qalıb. 2011-ci ildə martın 6-da isə ölkə gündəmində diqqət çəkdi. O, "Doğru bildiyimizi azad yaza bilməyəcəyiksə, yazmağın mənası yoxdur" başlığı ilə qəzetdəki köşə yerini boş saxlamışdı. 
  • Yazılıb
  • da (də) 2016 May 10
  • Göndərən مدير سايت Aran News