"Gürcüstanda İslamın dünəni, bu günü və sabahı" simfozium istanbulda 3 gün davam edib.
AranNews- Fatih Sultan Mehmet Vakıf Universiteti, İslami Elmlər Fakültəsi və Gürcüstan Dostluq Dərnəyi tərəfindən təşkil edilən "Gürcüstanda İslamın dünəni, bu günü və sabahı" simfoziumu 6 may 2016-cı il tarixindən başlayaraq 3 gün davam edib.İstanbulda təşkil olunan beynəlxalq simfoziumda Gürcüstan, Azərbaycan, İran və Türkiyədən 40 nəfər tanınmış din və elm adamları çıxış edərək Gürcüstanda İslamın keçmişi və bu günkü durumu haqda tarixi, siyasi, və ictimai baxımdan dəyərləndiriblər. Problemlər və həll yolları haqda irad və təkliflərini dilə gətiriblər.
Simfoziumda iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müftisi Hacı Yasin Əliyev Gürcüstanda İslamın vəziyyəti haqda keçmişdən bu günə keçirdiyi fərqli (qadağa və keçid) dövrlərə toxunub BGMİnin fəaliyytəti və strateji planı haqda iştirakçıları məlumatlarndırıblar, ölkədə sağlam İslamın inkişafı, dini sabitliyin qorunması, tolerantlığın güclənməsi sahəsində dövlətə verilən təklifləri səsləndiriblər.
Ramin İgidov Gürcüstan hökümətilə aparılan danışıqların önəmini diqqətə çatdırıb. O, "Bu gün dünyada İslam dini durumu haqda fərqli problemlərin olduğu kimi ölkəmizdə müəyyən problemləri inkar edə bilmərik. Ancaq biz inanırıq ki, sayqılı halda və məntiqə əsaslanaraq istəklərimizi dövlətin aidiyyatı qurumlarına yetirəriksə məsələlər danışıq yolu ilə öz həlini tapar. Çünki dövlətin vətəndaşları dövlətin balalarıdı. Buna görə də daxili problemlərinin həllinə öz ölkələrində çalışmalıdırlar.", - deyə bildirib.