Tarix : 2016 May 10
Kod 48776

şəhidlər ağasınin movlüd günü mübarək olsun!!!

Bu gün, 2016-cı il mayın onu, hicri qəməri tarix ilə 1437-ci ilin şəban ayının üçünə, Həzrət İmam Hüseyn(ə)-ın mövludu gününə təsadüf edir.
Arannews-  Dünya şiələrinin üçüncü imamı, şəhidlər ağası, Həzrət İmam Hüseyn(ə)-ın mövludunun ildönümü günündə müsəlmanlar şadlıq içindədir.
Bu gün, 2016-cı il mayın onu, hicri qəməri tarix ilə 1437-ci ilin şəban ayının üçünə, Həzrət İmam Hüseyn(ə)-ın mövludu və pasdar gününə təsadüf edir.
Şəbanın üçü, Məhəmməd(s.ə.s.) şəriəti və İslamın böyük qoruyucusunun mübarək mövlud gününün ildönümüdür. O həzrət Kərbəla çölündəki öz misilsiz fədakarlığı ilə bütün dünya xalqlarına azadəlik və başıucalıq dərsi verdi. 
O böyük şəxsiyyət əziz İslamdan və Qurani-Kərimdən bir müdafiə və pasdarlıq nümunəsi oldu.
arannews bu mübarək gün münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini təbrik edir.


  • Yazılıb
  • da (də) 2016 May 10
  • Göndərən مدير سايت Aran News