İran İslam Respublikası Qarabağ müharibəsi zamanı özünün logistik, himayət, təlim və siyasi köməklərini Azərbaycanın müsəlman xalqından və dövlətindən əsirgəmədi.
AranNews- Qarabağ müharibəsində iranlı müşavir və Şərqi Azərbaycan Əyalətinin valisinin baş məsləhətçisi sərdar Kəbiri konfransda çıxış edərək Səddamın İrana qarşı 8 illik müharibəsini Qarabağ müharibəsi ilə müqayisə edərək dedi: “İraqın İrana qarşı 8 illik müharibəsində biz torpağımızın bir qarışını da təcavüzkarların əlində qalmasına icazə vermədik, üstəlik, təcavüzkarı cəzalandırmaq məqsədilə İraq torpaqlarına daxil olub onların bir neçə mühüm şəhərlərini fəth etdik. Əgər xəyanətkar əllər olmasaydı Azərbaycan da Ermənistanla müharibədə özünün işğal edilmiş bütün torpaqlarını geri qaytarardı”.
Sərdar Kəbiri əlavə etdi: “İran İslam Respublikası Qarabağ müharibəsi zamanı özünün logistik, himayət, təlim və siyasi köməklərini Azərbaycanın müsəlman xalqından və dövlətindən əsirgəmədi. Həmin ildə Azərbaycana birbaşa göstərilən o köməklərdən biri də 25 milyon dollar həcmində silahın satılmasıdır. Həmçinin İran və Azərbaycan dövlətləri arasında anlaşma memorandumuna əsasən, 8 min azərbaycanlı qüvvə İran təlimatçılarının nəzarəti altında hərbi təlim gördülər. Bu qüvvələrin təlim manevrlərində mərhum Heydər Əliyev bir neçə dəfə iştirak etmiş və onların bacarıqlarını yaxından izləmişdir”.
Sərdar Kəbiri çıxışının digər bir hissəsində dedi: “Çox təəssüflər olsun ki, sonralar Azərbaycan Respublikasının bir sıra mediaları İran İslam Respublikasını Qarabağ müharibəsində erməni qüvvələrinə tərəfdarlıq etməkdə ittiham etdilər. İrana qarşı bu atmosferin yaradılmasında pərdəarxası əllər vardır və onların niyyəti İran və Azərbaycanı bir-birindən uzaq saxlamaqdır”.
Qeyd etmək lazimdir ki, Şuşanın işğalı və əhalisinin qətliam edilməsinin ildönümü münasibətilə keçirilən “İslam Torpağı” adlı elmi konfrans, Təbriz Universitetinin Tarix və Mədəniyyət Müəssisəsinin təşəbbüsü, Azər-Aran və Qədim Diyar mədəniyyət mərkəzlərinin iştirakı ilə baş tutmuşdur.
********
Yaşar Aydəmirov: “İranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir”
Bunu açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
................................................................
http://arannews.com/News/48704/