Zərdüşt Əlizadə Şeyx Səfiəddin Ərdəbili Kompleksinin Qəyyumlar Şurasının üzvü seçilib.
AranNews- Azərbaycan Respublikasının bir qrup ictimai-siyasi xadimlərinin və Qarabağın azadlığı sahəsinin fəallarının Vəliyyi-Fəqihin Ərdəbil Əyaləti üzrə nümayəndəsi Ayətullah doktor Seyid Həsən Amili ilə görüşündə politoloq Zərdüşt Əlizadə də iştirak etmişdir.
Şeyx Səfiəddin Ərdəbili Beynəlxalq Kompleksinin Qəyyumlar Şurasının sədri Ayətullah Amili, Zərdüşt Əlizadəyə təklif etmişdir ki, bu kompleksin qəyyumlar şurasının üzvü olsun. Z. Əlizadə də iftixarla bu dəvəti qəbul etmişdir.
Qeyd edək ki, Ərdəbil Əyalətinin Mədəni İrs, Əl Sənayesi və Turizm İdarəsinin müdiri bildirmişdi ki, Mədəni İrs İdarəsinin yeni siyasətlərinə əsasən, Şeyx Səfiəddin Ərdəbili Beynəlxalq Kompleksi qəyyumlar şurası vasitəsilə idarə olunacaq.
Qeyd edək ki, Şeyx Səfiəddin Ərdəbili Beynəlxalq Kompleksinin Qəyyumlar Şurasının ilk iclası Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili, Ərdəbil valisi və əyalətin bir sıra dövlət səlahiyyətlilərinin iştirakı ilə Ərdəbilin İmam Cümə ofisində keçirilmişdir.