İraqın paytaxtı Bağdadda terror aktiları nəticəsində bir qrup insan şəhid olub və yaralanib.
Arannews- İraqın paytaxtı Bağdadda iki bombanın partlaması bir qrup insanın şəhid olması və yaralanmasına bais olub.Bağdadın cənubunda yerləşən Mahmudiyyə məntəqəsindəki yerli bazarın yaxınlığında bir bombanın partlaması nəticəsində bir nəfər şəhid olub, yeddi nəfər isə yaralanıbdır.
Həmçinin Bağdadın Əbuqurəyb məntəqəsində xalq qüvvələrinin patrul əməliyyatı isrtiqamətində yerləşdirilmiş bombanın partlaması nəticəsində bir nəfər şəhid olub, üç nəfər isə yaralanıbdır.
Bazar ertəsi günü də Bağdadın şimalında yerləşən Səb Əlbur məntəqəsindəki bir restoranın yaxınlığında bomba partlayışı nəticəsində bir nəfər şəhid olub, altı nəfər də yaralanıbdır.
Bazar ertəsi günü gecə isə İraqın şərqində yerləşən Bəqubə şəhərində bomba qoyulmuş avtomobilin partlaması azı on iki nəfər şəhid olub və qırxdan çox insanın yaralanib.
İraqın paytaxtı Bağdadda terror əməliyyatları ötən həftələrdə artıbdır.