Türkiyə prokurorluğu Rusiyanın Su-24 təyyarəsinin pilotunun güman edilən qatili Alparslan Çelikə qarşı irəli sürülən bütün ittihamları geri çəkib.
AranNews- bu barədə prokurorluqdakı mənbəyə istinadən “Daily Sabah” qəzeti bildirir.
Xatırladaq ki, Alparslan Çelik martın 31-də Türkiyədə saxlanılıb. O, qanunsuz silah saxlamaqda və daşımaqda ittiham olunurdu.
Rusiya Türkiyə vətəndaşı olan Alparslan Çeliki Su-24 təyyarəsindən paraşütlə tullanan pilotu öldürməkdə ittiham edir. Rusiya mətbuatının yazdığına görə, Çelik hər yerdə axtarılır.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 14 Dekabr 2015-ci ildə verdiyi bəyanatda təyyarədən tullanan pilota atəş açan şəxsi müəyyənləşdirdiklərini, bu şəxsin Türkiyə vətəndaşı olduğunu açıqlamışdı. 33 yaşlı Alparslan Çelik 2015-ci ilin əvvəllərində Suriyaya keçərək Bayırbucak türkmanlarına qoşulub.
Lakin Alparslan Çelik bu iddiaların yalan olduğunu deyib.