Tarix : 2016 May 11
Kod 48788

Həzrət Əbəlfəzlin(ə) movlüd günü mübarək olsun!!!

Dünya müsəlmanlarını cihad meydanının qəhrəmanı olan Həzrət Əbəlfəzl(ə)-ın mövludu münasibəti ilə təbrik edirik!
Arannews- 4 şaban 1437-ci hicri qəməri ili həzrət Əbülfəzl Abbasın(ə) mövlud gününə təsadüf edir.
Həzrət Abbas(ə) hicrətin 26-cı ilində 4 şabanda Mədinə şəhərində anadan olub. Onun məşhur ləqəbləri Əbülfəzl, Qəmər Bəni Haşim, Sepəh Salar, Ələmdar və Səqqa-dır.
O həzrət Əli(ə) və Fatimə ümmül Bənin-in övladıdır.
Həzrət Əbülfəzl(ə) Kərbəla qiyamının baş qəhrəmanlarından sayılır. 
Həzrət Əbülfəzl(ə) zəmanənin imamı yolunda öz canından keçərək, şəhid olur. Həzrət Abbas(ə) zəmanənin imamına və haqq yolu rəhbərinə sədaqətin simvoluna çevrilib.
Həzrət Abbas(ə) Kərbəla qiyamının ələmdarı(bayraqdarı) olmaqla yanaşı, Aşura günü fədakarlıq və azadəliyin zirvəsinə yüksələrək, gələcək nəsillər üçün bir örnəyə çevrilir.
Arannews olaraq dünya bu əziz gün münasibət ilə dünya müsəlmanlarını təbrik edirik.

  • Yazılıb
  • da (də) 2016 May 11
  • Göndərən مدير سايت Aran News