Arannews- 1971-ci ildə milli azadlıq hərəkatının aktiv iştirakçısı və ölkənin ən böyük partiyalaraından olan “Camaat-i İslam” Partiyasının lideri Motiur Rəhman Nizami asılaraq edam edilib.Camaate-İslami partiyasının rəhbəri Nizami, Ali Məhkəmə onun son əfv ricasını rədd etdikdən dərhal sonra Dəkkənin Mərkəzi Həbsxanasında edam edilib.
73 yaşlı islamçı liderı barəsində ölüm hökmü 2014-cü ildə çıxarılmşdı.
73 yaşlı islamçı lider soyqırım, cinayət, işgəncə və təcavüz daxil olmaqla, 16 cinayətdə saxta ittiham olunara mühakimə olunub.
O 2000-ci ildən “Camaat-I İslam” Partiyasının lideridir.
O, 2001-2006-cı illərdə Banqladeşdə qurulan koalisiya hökumətində nazir olub. Banqladeş əhalisinin sayı 140 milyon nəfərdir ki, onların 90 faizi müsəlmandır.
Xəbər verilir ki, 2013-cü ildən bəri Banqladeşdə 5 müxalifət nümayəndəsi edam edilib. Onlardan 4-ü Camaate-İslami partiyasının üzvləri idilər.
Partiya üzvləri bildirirlər ki, Nizamiyə qarşı ittihamlar əsassız idi və o siyasi qisasın qurbanı olub.
Partiya bu edama etiraz olaraq ölkə boyunca tətilə çağırıb. Nizaminin böyük oğlu Nakibur Rəhman verdiyi açıqlamada həbsxana rəsmilərinin ona atasının edam edildiyi xəbərini çatdırdıqlarını bildirib. “Camaati İslami” üzvlərini təmkinli olmağa dəvət edən Rəhman, "Ailə üzvləri olaraq mətanətli və güclü olmağa çalışırıq. Atamızın şəhid olduğuna inanırıq. Onun göstərdiyi yolu təqib edəcəyik. Bütün müsəlmanları atam üçün dua etməyə dəvət edirəm", deyib