ərəbistanda 200 nəfərdən çox günahsız şiə ali-səud rejiminin həbsxanalarında saxlanılır.
Arannews- Səudiyyə Ərəbistanın şiələr yaşayan Əvamiyyə böləgisinin Qətif şəhərindən olan Zeyd Həsən Əli Əl-Zahir Səudiyyə rejiminin qorxunc həbsxanalarında 2 il 5 ay heç bir ittiham irəli sürülmədən saxlandıqdan sonra azadlığa çıxıb.Zeyd Həsən Əli əl-Zahir qardaşı ilə birlikdə 2014-cü ilin noyabr ayında təhlükəsizlik qüvvələrinin öz başınalığı və heç bir ittiham irəli sürülmədən həbs olunmışdı. O azadlığa çıxsada qardaşı hələdə həbsxanada saxlanılır.
Elan olunmuş statistikaya əsasən, Səudiyyə rejim qüvvələri 2011-ci ildən şiələr yaşayan Qətif və Ehsa şəhərlərində 950 nəfərdən çox insanı həbs edib. Sonradan həbs olunan şəxslərdən bəzisi azadlığa buraxılıb, lakin hələdə 200 nəfərdən çox günahsız şiə bu rejimin həbsxanalarında saxlanılır.
Saxlanılan Əhli-Beyt (ə) tərəfdarlarından 5 nəfəri edama məhkum olunub, bəziləri isə 10-25 il müddətinə azadlıqdan məhrum eidlib.