Tarix : 2016 May 11
Kod 48791

ifratçılar və təkfirçilər Saxta fətvalarla cinayətlərini qanuniləşdirillər

Saxta fətvalar ifratçılar və təkfirçilərin İslam dünyasında törətdikləri cinayətlərinə dini don geydirir, halbuki bu fətvalar İslami mətnlərə əsaslanmayıb.
Arannews-Məhəmməd Görməz - Türkiyə Dini İşlər Təşkilatının rəisi, Livanın şimalı və Trablos şəhərinin müftisi Malik Şiar ilə görüşündə regionun və İslam dünyasının indiki hadisələri barədə danışıqlar ediblər.
Məhəmməd Görməz bu danışıq zamanı dedi: Saxta fətvalar radikallar, ifratçılar və təkfirçilərin İslam dünyasında törətdikləri cinayətlərinə dini don geydirir, halbuki bu fətvalar İslami mətnlərə əsaslanmayıb.
Türkiyə Dini İşlər Təşkilatının rəisi bu görüş zamanı son illərdə İslami ölkələrdə baş verən arzuolunmaz və xoşagəlməz hadisə və cərəyanlara işarə edərək dedi: Bu hadisələrin İslam dünyasında baş verməsinin bəzi daxili və xarici səbəbləri vardır. Müasir dövrdə bütün dini təşkilatlar və qrumlar bu səbəblərin aradan götürlməsi üçün ağır məsuliyyət daşıyırlar.
Məhəmməd Görməz vurğuladı: İslam dünyasında baş verən bu hadisələrin səbəblərindən biri radikal cərəyanların din adına suistifadə etməsidir. Onlar saxta dini fətvalar ilə öz cinayətlərinə dini don geyindirir və dini baxımdan qanuniləşdirirlər. Buna görə də cəmiyyətdə nifrət və zorakılığın çoxalmasına və terrorizmin genişlənməsinə səbəb olurlar. Halbuki bu fətvaların heç bir dini əsası və İslami mətnlərə söykənəcəyi yoxdur.
O əlavə etdi: İslam dünyasında baş verən cinayətlərin daha bir amili İraq və Əfqanıstanın abş və nato tərəfindən işğalı edilməsidi. Əgər bu iki ölkə işğal olunmasaydı, bu gün İŞİD, əl-Qaidə və Taliban kimi terrorist qruplaşmalara meydan açılmazdı.


  • Yazılıb
  • da (də) 2016 May 11
  • Göndərən مدير سايت Aran News