Ermənistan cəbhə xəttində baş verən toqquşmalarda mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə edib.
AranNews- Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursat aşkarlandığı bildirilir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin aşkarladığı fosfor döyüş sursatı da bunu sübut edir.
Fosfor döyüş sursatları müxtəlif maddələrin qarışığından hazırlanır. Yandırıcı effektə malik olan bu sursatlardan istifadə beynəlxalq konvensiya ilə qadağan olunub.
Yanma zamanı ağ fosfor 1300 dərəcəyə qədər istilik saçır. Sursatın içindəki fosfor yanıb bitməyənə qədər zəhərli oksigenin havaya ifrazı davam edir.
Bu sursatdan adətən canlı qüvvəni, texnika və silahı sıradan çıxarmaq üçün istifadə olunur. Həmçinin, fosfor sursatlarının atılması nəticəsində yanğın ətrafdakı obyektlərə də sıçrayır. Ağ fosfor zəhərlidir, onun 0,05 qramı insanı öldürə bilər.
Fosfor mərmilərindən istifadə mülki əhali arasında böyük itkilərə səbəb olur. Belə bombanın partlaması nəticəsində yaralanan insanın xilası mümkün deyil.
Yaxın Şərqdə baş verən münaqişələrdə, xüsusilə Suriyada bu sursatın mülki əhaliyə qarşı istifadəsi ciddi fəsadlara səbəb olub.
Bu döyüş sürsatlarından istifadəyə qadağan qoyulması ilə bağlı ilk beynəlxalq sənəd 150 il əvvəl – 1868-ci ildə Sankt-Peterburqda qəbul olunub. Həmçinin, 1949-cu ildə qəbul edilmiş müharibə qurbanlarının müdafiəsi haqda Cenevrə konvensiyaları, 1977-ci ildə həmin konvensiyalara daxil edilən əlavə protokollar, eləcə də 1980-ci ildə qəbul olunan “adi silahın konkret növləri haqda konvensiya”nın III protokolu bu döyüş sursatından istifadəni qəti şəkildə qadağan edir.
Göründüyü kimi, Ermənistan həmişə olduğu kimi, indi də beynəlxalq qanunvericiliyə məhəl qoymur.