SOCAR, təbii qazın alınması məqsədilə Rusiyanın "Qazprom" şirkətinə müraciət edib və 3-5 milyard kubmetr həcmində qaz almaq niyyətindədir.
AranNews- SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib: "İlkin olaraq, 3-5 milyard kubmetr həcmində qaz ala bilərik. Təklifimizi vermişik, qarşı tərəfdən cavab gözləyirik. Bizə, əsasən, texniki qaz lazımdır ki, bu da yataqlara vurulur. Əlavə həcmdə qaz bizə imkan verir ki, qaz anbarlarımızın imkanlarını genişləndirək. Bizim qaz anbarının tutumu 5 milyard kubmetrdən çoxdur, lakin hələlik ora 3,5 milyard kubmetr qaz vurmuşuq. İstərdik ki, milyard yarım əlavə qaz vuraq və anbarların tutumunu test edək", – deyə, R. Abdullayev qeyd edib.