Ekspert: Azərbaycan neft-qaz sektorundan asılı olmaqdan qutarmaq üçün İran və Asiya bazarlarına üz tutmalıdır.
AranNews- Bu sözləri “Moody’s” beynəlxalq reytinq agentliyinin Rusiya iqtisadiyyatındakı resessiyanın yaxın iki ildə MDB ölkələrinin müstəqil kredit reytinqinə neqativ təsir göstərəcəyi ehtimalına şərh verərkən iqtisadçı-ekspet Vuqar Bayramov açıqlamasında deyib. Ekspert bildiri ki, Rusiyanın özəlliyi onun ölkəmizlə qeyri-neft sektorunda apardığı iqtisadi əlaqələrdir:
"Baxmayaraq ki, 2014-cü ildən bu yana Azərbaycan-Rusiya arasında iqtisadi dövrüyə azalmağa başlayıb, lakin yenə də ölkəmiz üçün ən mühüm və əlverişli ölkələrdən biri Rusiyadır. Bu özünü iki milyardlıq maliyyə dövriyysində də biruzə verir. Ölkəmizin kənd təsəərrüfat mallarının çoxu birbaşa Moskva bazararına ixrac olunur və bundan həm kəndlilər, həm də ölkəmiz qazanır. Danılmaz və qaçılmaz faktdır ki, Rusiya iqtisadiyyatı tənəzzülə uğradıqca, Azərbaycan da bundan əziyyət çəkəcək. İki milyona yaxın həmvətənimiz Rusiyada yaşayır. Real 400-min əmək miqrantı şimal qonşumuzun ərazisində fəaliyyət göstərərək, pul qazanır. Güman olunur ki, Rusiya rublunun məzənnəsindəki geriləmə ciddi şəkildə davam edəcək. Baxmayaraq ki, bu Rusiyanın ixrac potensialını artıra bilər, amma dollara nisbətən, rublun məzənnədən düşməsi, Rusiya iqtisadiyyatı üçün ciddi bir problemdir".
Onun sözlərinə görə, Azərbaycan üçün Rusiya rublunun məzənəssinin aşağı düşməsi, həm makro, həm də mikro yanaşma səviyyədə təsirlərə malikdir:
“Makro səviyyədə təsir ondan ibarətdir ki, Dövlət Neft Fondu ehtiyatlarının bir qismini rubl ilə saxlayır. Yəni, rublun aşağı düşməsi, həmin ehtiyatlara mənfi təsir göstərəcək, onların dəyərinin azalmasına da gətirib çıxara bilər. Digər neqativ tərəf ondan ibarətdir ki, Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi, rublun manata nisbətən məzənəsinin də azalmasına gətirib çıxaracaq. Yəni, manat da rubla nisbətən möhkəmlənəcək. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabilliyətini müəyyən qədər məhdudlaşdıracaq. Bu, faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalı olmasına gətirib çıxaracaq. Hesab edirəm ki, rublun aşağı düşməsi davam edərsə, bu Rusiyanın Azərbaycan ixracatının artmasına, Azərbaycanın Rusiyadan idxalının artmasına gətirib çıxaracaq”.
V.Bayramlı çıxış yolu kimi kənd təsərüfatlarını genişləndirməkdə görür:
Azərbaycan tək Rusiyadan asılı olmaq istəmirsə, gərək kənd təsərüfat mallarını geniş şəkildə şaxələndirsin və digər ölkələrin bazarlarına daxil olsun. Bunun üçün İran İslam Respublikası və Asiya bazarları əlverişli variantdır. Düzdür, bunu birdən birə gözləmək düzgün olmaz. Lakin zamanla bu proses başlanılmalıdır. Əgər, dediklərimiz yerin yetirilsə, ölkəmiz neft-qaz sektorundan da asılı qalmayacaq.
Qeyd edək ki, “Moody’s” agentliyinin eksperti Kristin Lindou hesab edir ki, MDB ölkələri iqtisadiyyatları, maliyyə sektorları və büdcələrinin neft qiymətlərindən asılılığı davam etdirəcək: “Bu da yaxın iki il ərzində onların suveren reytinqlərinin artımını əngəlləyəcək”. Bu ölkələr arasında Rusiya, Qazaxıstan və Azərbaycan da yer alıb.