Sabunçu rayon Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən daha iki nəfərin işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AranNews- Təqsirləndirilən Ürfan Nəbizadə və Hüseynbala Nəbizadəyə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən hər iki şəxs ötən il noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərindən sonra həbs edilib. Onların barəsində Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə açılmış cinayət işi ilə istintaq aparılıb.