33 - cü Beynəlxalq Quran Turnirinin 85 xarici iştirakçısı artıq İrandadır, bütün iştirakçılar yüksək səviyyədə qarşılanıb və yerləşdiriliblər.
Arannews- 33 - cü Beynəlxalq Quran Turnirinin 85 xarici iştirakçısı artıq İrandadır.
Tehranda keçiriləcək 33 - cü Beynəlxalq Quran Turnirinin Təşkilat Komitəsinin sədri Seyid Abdullah Hüseyni bildridi ki, Quran yarışlarının 85 iştirakçısı ölkəyə daxil olub.
“Bütün iştirakçılar tərəfimizdən yüksək səviyyədə qarşılanıb və yerləşdiriliblər.”, - deyə Seyid Abdullah Hüseyni sözünü davam etdi – “Turnirin hazırlıq mərhələsinin yarışları hər gün səhər saat 9 – 11 radələrində İrəm hotelinin topalantı zalında keçiriləcəkdir”.
33- cü Beynəlxalq Quran Turnirinin Təşkilat Komitəsinin sədri dəvət alan başqa iştirakçıların da gələn günlərdə İrana daxil olacağını söylədi.
Qeyd edək ki, Tehranda keçiriləcək 33 - cü Beynəlxalq Quran Turnirinə Afrikadan 32 ölkə, Asiyadan 23 ölkə, Avropadan 20 ölkə, Amerikadan 2 ölkə və Okeaniyadan 1 ölkənin təmsilçiləri dəvət edilmişlər.