Tarix : 2016 May 12
Kod 48800

İlham Əliyev, sionist rejimin başçisina məktub ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev sionist rejimin başçisi Reuven Rivlinə təbrik məktubu ünvanlayıb.
AranNews- təbrik məktubunda deyilir: “İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, ölkələrimiz arasında daim genişlənən dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah diləyirəm”.
  • Yazılıb
  • da (də) 2016 May 12
  • Göndərən مدير سايت Aran News