Suriyanin əmələ gəlmiş xarabalıqlar, qaçqın düşmüş uşaq, qoca və qadınların vəziyyəti hər bir insanın ürəyini yandırır.
Arannews- müqəddəs Qum şəhərində yerləşən Ali Elmi Dini Hövzənin Ali Dini Dərslər Mühazirəçisi və şiələrin böyük təqlid mərcələrindən biri olan Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazi İslami Fiqh dərsinin mətndən kənar mühazirələri zamanı kamil insanın xüsusiyyətlərinə işarə edərək dedi: Kamil insan odur ki, öhdəsinə götürdüyü məsuliyyətlərdən Allah qarşısında cavab verəcəyi andan qorxsun və dəridi-qəmi və qüssəsi bu olmalıdır ki, necə edim ki, vəzifəmdə yaxşı olum və kiminsə haqqını tapdalamayım. Üzərinə məsuliyyət götürmüş insan çalışmalıdır ki, vəzifəsinə ruzi və qazanc gözü ilə baxmasın, bəlkə insanlara xidmət üçün olan bu fürsətdən kamillik yolunda istifadə etsin. Bunun üçün isə insan dinin böyüklərindən və rəbbani alimlərdən nəfsini paklamağın yolunu öyrənməlidir və çalışmalıdır ki, kamil insan səviyyəsinə çatsın.
Ayətullah Üzma Məkarim Şirazi dərsində Suriyanın vəziyyətinə işarə edərək dedi:
"Bu ölkədə əmələ gəlmiş xarabalıqlar, qaçqın düşmüş uşaq, qoca və qadınların vəziyyəti hər bir insanın ürəyini yandırır və ümid edirəm ki, Allah-Taala tez bir zamanda onlara köməlk edəcək və tez bir zamanda onları bu zülmlərdən xilas edəcəkdir və ümid edirəm ki, bir gün İslami dövlətlər arasında yaranmış bu fitnə alovu sönəcəkdir və yerini mehribanlıq və sevgiyə verəcəkdir".