Tarix : 2016 May 12
Kod 48802

Əfqanistanda terror aktıları davam edir

Əfqanıstanın Naziyan şəhərində törədilən partlayışda 7 nəfər şəhid olub, 17 nəfər isə yaralanıb.
Arannews- Əfqanıstanın Nəngərhar meriyasının sözçüsü bildirib ki, Naziyan şəhərində törədilən partlayışda 7 nəfər şəhid olub, 17 nəfər isə yaralanıb.
Ətaullah Xugyani deyib: bu hücum çərşənbə axşamı Naziyan şəhərinin Ləndi məntəqəsində, terrorçulara qarşı mübarizə aparan xalq qüvvələri komandanlarından birinin mənzilində törədilib. Hadisə zaman xalq qüvvələri komandanı Məlik Dehqanın yaralandığını və xəstəxanaya qaldırıldığını bildirib. Hadisədə yaralanan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Bəzi mənbələr isə bu hadisədə 11 nəfərin şəhid olduğunu, 23 nəfərin isə yaralandığını bildirirlər.
Əfqanıstanın Nəngərhar əyaləti Pakistan ilə sərhəd məntəqədə yerləşir və İŞİD və əl-Qaidə terrorçuları bu məntəqədə aktiv fəaliyyətə malikdirlər.


  • Yazılıb
  • da (də) 2016 May 12
  • Göndərən مدير سايت Aran News