Arannews- Suriyanın ikinci böyük şəhəri olan Hələb və onun ətrafında ordu qüvvələri və terrorçular arasında gedən toqquşmalar davam edir.Ceyşül Fəth terror qruplaşmasının üzvləri Xan Tuman uğrunda gedən döyüşlərdə ağır itkilər verib.
Bu terror qruplaşması ötən günlər ərzində Xan Tumanda yüzlər terrorçunun öldürüldüyünü etiraf ediblər.
Suriyalı hərbi ekspertlərdən biri deyib: Terrorçular atəşkəs ilə razılaşmaq istəmirlər və Ənnüsrə Cəbhəsi kimi hücumlarını davam etdirirlər.
Bu hərbi ekspert əlavə edib: Ənnüsrə Cəbhəsinin adı beynəlxalq terror təşkilatları sıyahısına daxil edilib və Ənnüsrə Cəbhəsi ilə əməkdaşlıq edən istənilən qrup terrorçu sayılır və ona qarşı mübarizə aparılmalıdır.
Suriya ordusu terrorçu qruplaşmalar və silahlı müxaliflərin atəşkəsi intensiv qaydada pozmalarının ardınca sivil əhalini terrorçuların hücumları müqabilində müdafiə etmək üçün öz hərbi əməliyyatlarını yenidən bərpa edib.