Tarix : 2016 May 13
Kod 48808

NATO qoşunları Qafqazda qalacaq

Gürcüstanda NATO-nun daimi qoşun hissəsi yerləşdiriləcək.
AranNews- Gürcüstan müdafiə naziri Tina Xidaşeli deyib, həmin dəstə mayın 13-dən başlayan "Noble Partner - 2016" hərbi təlimlərindən sonra təqdim olunacaq: "Məhz bu təlimlərin bitməsindən sonra Gürcüstanda NATO çevik operativ reaksiya qüvvələrinin sertifikatlamış dəstəsi yerləşdiriləcək. Bu NATO nişanları daşıyacaq ilk rəsmi dəstə olacaq".
"Noble Partnet-2016" təlimləri mayın 26-na qədər davam edəcək və təlimlərdə 1300 nəfər, o cümlədən 600 amerikalı, 500 gürcü və 150 britaniyalı hərbçi iştirak edəcək.
  • Yazılıb
  • da (də) 2016 May 13
  • Göndərən مدير سايت Aran News