Tarix : 2016 May 13
Kod 48809

Türkiyədə PKK ilə toqquşmada 6 hərbçi həlak olub

Türkiyənin şərqindəki Hakkari vilayəti ərazisində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 6 hərbçi həlak olub.
AranNews- Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, bu gün yerli vaxtla saat 04.50-də Hakkarinin Çukurca qəsəbəsi ərazisində, Çığlı hərbi hissəsinin yerləşdiyi ərazidə terrorçularla baş verən döyüşdə 6 əsgər həlak olub, 8-i yaralanıb. Terrorçulara müdaxilə etmək üçün göndərilən hərbi helikopter isə qəzaya uğrayıb. Nəticədə 2 pilot həlak olub. “Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə “F-16” təyyarəsi, hücum helikopterləri, pilotsuz uçuş aparatları və əlavə bölmələr göndərilib. İndiyə qədər 6 terrorçu məhv edilib, əməliyyat davam edir”, – deyə Baş Qərargahın açıqlamasında bildirilir.
  • Yazılıb
  • da (də) 2016 May 13
  • Göndərən مدير سايت Aran News