İrəvanın rəsmi dövlət borcunun bu ilin sonuna qədər 5,77 milyarda çatacağı proqnozlaşdırılır.
AranNews- Bunu hökumətin iclasında Ermənistan Baş naziri Ovik Abramyan söyləyib.
Onun sözlərinə görə, bununla bağlı ilk növbədə dövlət aparatının və lazımsız xərclərin ixtisarı aparılmalıdır. O, bura ezamiyyətlərin, xidməti maşınların və sairənin daxil olacağını da bildirib.
Abramyan artıq Maliyyə Nazirliyinə bir həftə ərzində ona təkliflərin təqdim olunmasını tapşırıb. Baş nazir 2017-ci ildə Ermənistanda bir sıra dövlət idarələrinin də ixtisara salınacağının anonsunu verib.
Qeyd edək ki, İrəvanın rəsmi dövlət borcunun bu ilin sonuna qədər 5,77 milyarda çatacağı proqnozlaşdırılır ki, bu da ÜDM-nin 57 faizinə bərabərdir.