Tarix : 2016 May 13
Kod 48812

Seyid Həsən Amili, Azərbaycan Ziyalılar birliyinin üzvu olub

Doktor Seyid Həsən Amili Azərbaycan Ziyalılar Forumunun fəxri üzvü olub.
AranNews- Azərbaycan Ziyalılar Forumunun sədri Eldəniz Quliyevin təklifi ilə Ayətullah doktor Seyid Həsən Amili bu forumun fəxri üzvü olub.
Azərbaycan Respublikasının bir qrup ictimai-siyasi xadimlərinin və Qarabağın azadlığı sahəsinin fəallarının Vəliyyi-Fəqihin Ərdəbil Əyaləti üzrə nümayəndəsi ilə görüşündə Azərbaycan Ziyalılar Forumunun sədri Eldəniz Quliyev də iştirak etmişdir. O, Ayətullah Amiliyə Azərbaycan Ziyalılar Forumunun fəxri üzvü olmasını təklif edib. 
E. Quliyev, Ayətullah Amilini öz qardaşı sandığını və İrana daxil olduqda qəriblik hiss etmədiyini bildirib. Ziyalılar Hərəkatının sədri həmçinin qeyd edib ki, Ayətullah Amilinin Qarabağ və digər ictimai-dini mövzular barərədəki fikir və çıxışları iftixara səbəb olur və çox önəmlidir.
Ayətullah doktor Seyid Həsən Amili də bu məhəbbətli duyğularına və təklifinə görə ona öz təşəkkürünü bildirib və Ziyalılar Forumuna üzv olmaq təklifini qəbul edib.
  • Yazılıb
  • da (də) 2016 May 13
  • Göndərən مدير سايت Aran News