sionistlər fələstinlilərin həftəlik din aksiyalarına hücum ediblər nəticədə onlarla fələstinli aksiyaçı yaralanıb.
Arannews- İordan çayının qərb sahilində fələstinlilərin dinc aksiyası sionistlərin hücumuna məruz qalıb nəticədə bir neçə aksiyaçı xəsarət alıb.
dünən sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərin həftəlik din aksiyalarına hücum ediblər nəticədə onlarla fələstinli aksiyaçı yaralanıb.
Sionist hərbçilər cümə namazından sonra yürüş keçirən fələstinlilərə qarşı səsli qumbara, gözyaşardıcı qaz və məşq mərmisindən istifadə ediblər. Onlarla fələstinli göz yaşardıcı qazdan tənəffüs sistemində xəsarət alıb.
Həmçinin Ramullahın qərbidə fələstinlilərin əkin sahələri və bağları yanğına məruz qalıb.
Sionist hərbçilər İordan çayının qərb sahili və Qəzzə zolağında "nəhs gün" münasibəti ilə Motosiklet paradı və fələstinlilərin dinc yürüşlərini dağıdıblar.
Sionist hərbçilər, Ramullahda xalq müqavimət komitələrinin koordinatoru Abdullah Əbu Rəhməni Fələstinlilərə dəstək olan bir neçə əcnəbi faalla birlikdə həbs ediblər.
15 may Fələstinin işğalı faciəsinin ildönümü günüdür. Bu işğal nəticəsində yüz minlərlə fələstinli öz doğma yurd-yuvasından didərgin düşdü. 1948-ci il Fələstinin işğalı faciəsi nəticəsində 531 Fələstin şəhər və kəndi dağıdıldı, 15 min fələstinlinin ölümü ilə nəticələnən soyqırımı hadisələri törədildi.