Tarix : 2016 May 14
Kod 48816

Dağıstanın başçısından Azərbaycan biznesmenlərinə MÜRACİƏT

Dağıstanın başçısından Azərbaycan biznesmenlərini respublikanın iqtisadiyyatına sərmayə yatırmağa çağırıb.
AranNews- “Dağıstanda terror təhlükəsinə qarşı mübarizə uğurla həyata keçirilir”. bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdullatipov Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanda yaşayan həmvətənləri ilə görüşdə deyib.”Son illərdə Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölüm faktları çoxalıb. Keçən il hüquq-mühafizə orqanlarının 14 əməkdaşı ölüb. Lakin artıq vəziyyət yaxşılaşıb. Mövcud təhdidlərə baxmayaraq, regionumuz sakit bölgəyə çevrilib. İndi Dağıstan əvvəlki illərlə müqayisədə olduqca fərqli bir respublikadır”, – deyə Dağıstanın başçısı bildirib.
O, bu baxımdan Azərbaycan biznesmenlərini respublikanın iqtisadiyyatına böyük sərmayə yatırmağa çağırıb.
  • Yazılıb
  • da (də) 2016 May 14
  • Göndərən مدير سايت Aran News