Tarix : 2016 May 14
Kod 48818

Suriya qırıcıları onlarla terrorçunu məhv ediblər

Suriya qırıcılarının Cibhətunnusrə terrorçularına qarşı hücumlarında azı otuz terrorçu öldürülüb və onlarla terrorçu yaralanıbdır.
Arannews- Suriyanın şimal-qərbindəki döyüşlərdə onlarla terrorçu məhv edilib.
Suriya qırıcılarının Suriyanın şimal-qərbindəki İdlib vilayətindəkı Cibhətunnusrə terrorçularına qarşı hücumlarında azı otuz terrorçu öldürülüb və onlarla terrorçu yaralanıbdır.
Bu hücumlarda terror qruplarının əlində olan Suriyanın şimal-qərbindəki "Əbulzuhur" hərbi hava limanı hədəfə alınıb.
Digər tərəfdən, Suriyanın şimalında yerləşən Hələb şəhərinin qərbindəki Həndərat düşərgəsinin ətrafında gedən döyüşlərdə Əhrarulşam və Fəcrulşam terror qruplarının başçıları və üzvlərindən bir qrupu məhv edilib.
Suriyalı qüvvələr Həndərat düşərgəsinin bəzi hissələrini öz nəzarətlərinə almağa müvəffəq olublar.
Terrorçular habelə sosial şəbəkələrdə Fəcrulşam-ın tabeliyində olan hərbi komandir Əbu Əlvəlid Əlşəbəl və Əhrarulşam-ın komandanı Əbu Əlmutəəssimin öldürülməsini etiraf ediblər.
Dəməşq ətrafından da xəbər lər gəlir ki, müqavimət qüvvələrinin Diyrələsafir məntəqəsində keçirdikləri əməliyyat zamanı Cibhətunnusrə terrorçularından azı 25 nəfər öldürülüb.
Suriya 2011-ci ildən terror qruplarının bu ölkədə iştirakı ilə üz-üzədir.
Terrorçular bu müddətdə həmin ölkədə bir çox cinayətlər törədiblər.


  • Yazılıb
  • da (də) 2016 May 14
  • Göndərən مدير سايت Aran News